AZ | EN

Haqqımızda

"İnkişaf üçün Maliyyə" Bank Olmayan Kredit Təşkilatı MMC alternativ maliyyə xidmətlərinə çıxış imkanı olmayan, işləyən kasıb əhaliyə davamlı əsasda maliyyə xidmətləri göstərmək üçün Böyük Britaniyanın OKSFAM beynəlxalq humanitar təşkilatı tərəfindən yaradılmış inkişaf təşkilatıdır. Təşkilatın əsas məqsədi işləyən insanlara, o cümlədən məcburi köçkünlərə və digərlərinə, humanitar və maliyyə yardımından azad olaraq öz həyatları üçün iqtisadi məsuliyyəti özləri daşımalarına nail olmaqdır. Bura aşağıdakı birbaşa məqsədlər daxildir:

- Mikro, kiçik və orta müəssisələrin, o cümlədən istehsal və kənd təsərrüftatı fəaliyyəti göstərən müəsssisələrin inkişafının dəstəklənməsi
- Ailədə yeni iş imkanlarının və digər tipli müəssisələrin yaradılması
- Kişi və qadınlara maliyyə mənbələrinə çıxışda bərabər imkanların yaradılması

Təşkilat işçiləri, benefisiarları və partnyorları ilə münasibətdə aşağıdakı dəyərləri fəaliyyətinin əsas prinsipləri hesab edir: sosial ədalətlilik, düzgünlük, şəffaflıq, şəxsiyyətə, şərəfə və dəyərlərə sayğı, qanunçuluq, məsuliyyətlilik, korporativlik (əməkdaşlıq), işə sədaqətlə yanaşmaq, təhlükəsizlik, peşəkarlıq, müştəti yönümlü xidmət və dayanıqlılıq.

İl (Year) Dil (Language)
2016 AZ (PDF)
(+99412) 492-77-63
(+99412) 436-96-64
office@findev.az